» » İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər -

İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər - Foto

Bölmə: Kriminal
İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər -
Oktyabrın 10-da saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan iki nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.

Bu barədə Xalqinfo.az-a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sər­həd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən bir ədəd qara rəngli əl çantasının içərisində altı ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.

Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər -
İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər -
İran vətəndaşları Azərbaycana narkotik keçirmək istədilər -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler