» » Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşdü

Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşdü

Bölmə: Kriminal
Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşdü
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavinləri Əliməmməd Nuriyev, Elçin Şirinov və ekspert Qartal Hüseynov cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirib.

Xalqinfo.az xəbər verir ki, komitə sədri Tural Hüseynov "Report”a bildirib ki, hüquq müdafiəçiləri Astara, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Neftçala rayon Polis Şöbələrinin saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxsləra baş çəkib: "Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmirə bağlanıb. Digər rayon Polis Şöbələrinin saxlanma yerlərində isə vəziyyət qənaətbəxş idi. Saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərdir. Bundan başqa, saxlanılanlar arasında aliment ödəməkdən yayındığına və xırda talamaya görə tutulanlar da var idi. Saxlanılan şəxslər onlara qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədilər”.

T.Hüseynov həmçinin bildirib ki, hüquq müdafiəçiləri Yardımlı rayon Polis Şöbəsində saxlanılan "Kriti Vüsal” ləqəbi ilə tanınan kriminal avtoritet Vüsal Nuriyevlə də görüşüblər: "Vüsal Nuriyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. Saxlanılan şəxs ona qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədi”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler