» » 18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib - Şabrandakı hadisənin təfərrüatı

18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib - Şabrandakı hadisənin təfərrüatı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib - Şabrandakı hadisənin təfərrüatıOktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub

Xalqinfo.az-ın məlumatına görə, araşdırma nəticəsində Mahir Şıxəliyevi dostu, 2003-cü il təvəllüdlü Elçin Gülbaba oğlu Bağırovun ehtiyyatsızlıqdan güllələdiyi müəyyənləşib.

Belə ki, mərhum ovladığı quşları bişirən zaman dostuna bildirib ki, tüfəngi ona gətirsin. E. Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib, atəş açılıb. Nəticədə, güllə Şıxəliyevin sağ tərəfdən sifət nahiyyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada ölüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler