» » Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı

Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı

Bölmə: Kriminal
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı
Mingəçevirdə insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xalqinfo.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha bir qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq, mənimsədiyi də müəyyən edilib.

Mingəçevir ŞPŞ-də araşdıma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler