» » DİN piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat yaydı

DİN piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat yaydı

Bölmə: Kriminal
DİN piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat yaydıZaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən Xalqinfo.az-a verilən xəbərə görə, oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən, həmin avtomobili idarə edən Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler