» » Xızıda 63 baş qoyun oğurlayan şəxs tutuldu

Xızıda 63 baş qoyun oğurlayan şəxs tutuldu

Bölmə: Kriminal
Xızıda 63 baş qoyun oğurlayan şəxs tutuldu





Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul-sentyabr ayları ərzində rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən dörd fərdi təsərrüfatdan ümumilikdə 63 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Adıyevin cari ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı M.Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdıqını bildirib. Oğurlanan heyvanların bir qismi, 44 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler