» » Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat

Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Etimad İsmayılovu qətlə yetirən danışdı - TəfərrüatDünən axşam saatlarında azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb.

Xalqinfo.az “Posta” qəzetinə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik, E.İsmayılovun şəriki Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.

Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Cinayəti törədən Gözəl Dəmirov Bakı vaxtı ilə 02:00 radələrində tutulub.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğlu və birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub. Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbağça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler