» » Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu

Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Etimad İsmayılovu qətlə yetirən iş adamı tutuldu
Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətin detalları da məlum olub. Belə ki, keçmiş polis polkovniki və iş adamı Gözəl Dəmirov dünən axşam saatlarında Etimad İsmayılovla onun ofisində görüşüb. Aralarında maliyyə məsələlərindən qaynaqlanan problem olan Dəmirovla İsmayılovun söhbəti mübahisəyə çevrilib. Nəticədə Dəmirov İsmayılovu silahla başından və ürəyindən vurub. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğludur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler