» » Sevil Nuriyevanın əri Türkiyədə qətlə yetirildi - Yenilənib

Sevil Nuriyevanın əri Türkiyədə qətlə yetirildi - Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Sevil Nuriyevanın əri Türkiyədə qətlə yetirildi - Yenilənib
Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda silahlı hücuma məruz qalıb.

Xalqinfo.az “Cnnturk”ə stinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib.

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu Gözəl Dəmirov adlı şəxsin həyata keçirdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi.

Xatırladaq ki, 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.

***

“Müsavat”ın məlumatına görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler