» » Nazim İbrahimovun qardaşı həbsdən azad edildi

Nazim İbrahimovun qardaşı həbsdən azad edildi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Nazim İbrahimovun qardaşı həbsdən azad edildi
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov ev dustaqlığına buraxılıb

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, S.İbrahimovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət Binəqədi Rayon Məhkəməsində təmin edilib.

O, həbsdən azad edilərək, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Nazim İbrahimovun qardaşı həbsdən azad edildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler