» » Şahidlər Fədayənin məhkəməsinə gəlmədi

Şahidlər Fədayənin məhkəməsinə gəlmədi

Bölmə: Kriminal
Şahidlər Fədayənin məhkəməsinə gəlmədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Taksi sürücüsü Ceyhun Yaqubov deyib ki, gecə saatlarında bir maşın ona yaxınlaşaraq yol soruşub: "Sonra onları aparmağımı istədi. 25 manata razılaşdıq, "zapravka"da da 10 manatlıq benzin vurdum".

C. Yaqubov "Qoca" və onun dostlarını Ağstafadan Qazağa aparan taksi sürücüsünə yolu göstərib. "Qoca"nı oradan qanunsuz yolla sərhədi keçirib Gürcüstana keçirəcəkdilər. Lakin Poylu qəsəbəsində polis postu qurularaq reyd keçirilib və "Qoca" orada maşından düşərək qaçıb. Daha sonra Bakıya qayıdarkən Qaradağ rayonu ərazisində polisə müqavimət göstərdiyi üçün güllələnərək zərərsizləşdirilib.

Hakim bildirib ki, qalan şahidlərə bildiriş göndərilsə də, prosesə gəlməyiblər. Onların barəsində polisin vasitəsilə məcburi gətirilmə qərarı verilib.

Proses sentyabrın 17-də davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler