» » Hasar üstündə dava düşdü -

Hasar üstündə dava düşdü - 27 yaşlı oğlan baltalandı

Bölmə: Kriminal
Hasar üstündə dava düşdü - Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler