» » Xızı sakininin evindən silah-sursat və narkotik götürüldü

Xızı sakininin evindən silah-sursat və narkotik götürüldü

Bölmə: Kriminal
Xızı sakininin evindən silah-sursat və narkotik götürüldüXızı sakininin evindən silah-sursat və narkotik aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler