» » Xudatda narkotacir ələ keçdi -

Xudatda narkotacir ələ keçdi - Foto

Bölmə: Kriminal
Xudatda narkotacir ələ keçdi -
Xudat şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Xalqinfo.az-a verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb.

Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A. Abdullayevin evinə baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli metadon və preqabalin həbləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xudatda narkotacir ələ keçdi -
Xudatda narkotacir ələ keçdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler