» » Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldı

Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldıGürcüstan Daxili İşlər Nazirliyi (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler