» » Azərbaycanda avtoritet “Şahin” belə tutuldu – Evi avtomat silahla…

Azərbaycanda avtoritet “Şahin” belə tutuldu – Evi avtomat silahla…

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda avtoritet “Şahin” belə tutuldu – Evi avtomat silahla…Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

Xalqinfo.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə "Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Cəlilabadda baş vermiş silahlı insidentin daha iki iştirakçısı saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Həsənov və onun qardaşı Səxavət Həsənov tutulub.

Qeyd edək ki, bundan əvvəl silahlı insidentin iştirakçısı olan rayon sakini, İlqar Həsənov saxlanılıb. Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler