» » “Pomidor kralı” Vahid Novruzov həbs olundu

“Pomidor kralı” Vahid Novruzov həbs olundu

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
“Pomidor kralı” Vahid Novruzov həbs olunduRusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə Mıtişi şəhərində tanınmış azərbaycanlı biznesmen, "pomidor kralı" ləqəbi ilə tanınan Vahid Novruzovu həbs edib.

Xalqinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, həbsə səbəb kimi iş adamının vəzifəli şəxsə rüşvət verməsi göstərilir. Həmçinin, meyvə-tərəvəz biznesi ilə məşğul olan Novruzovun əksər alış-veriş obyektlərinin icazə sənədinin olmadığı bildirilir. Avtoservis və kafe sahibi də olan biznesmenin əsas obyektləri Mıtişi şəhərinin mərkəzində yerləşir.

Novruzova qarşı Rusiyanın Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə cinayət işi açılıb. Həmin maddə 8 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler