» » Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -

Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu - FOTO

Bölmə: Kriminal
Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Abdullayevin Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), Tural Qubuşovun və Rəsad Qubuşovun Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Xalqinfo.az-ın pressaz.com-a istinadən məlumatına görə, ittiham aktına əsasən, 2013-cü il avqustun 19-na keçən gecə Xəqani küçəsində fəaliyyət göstərən “Troya” gecə klubunda kütləvi dava baş verib, nəticədə xəsarət alan Bakı şəhər sakinləri Səbuhi Səfərov (1990-cı il təv.) və Orxan Cümşüdov (1988-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Səfərov aldığı bıçaq xəsarətlərindən vəfat edib.

Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev (1983-cü il təv.) tutulub. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, istintaqın gedişatında xuliqanlıq hərəkətlərinə görə cinayət məsuliyyətinə Tural Qubuşov və onun əmisioğlu Rəşad cəlb olunublar, lakin onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməyib.

İstintaqla müəyyən edilib ki, Zaur Abdullayev "Troya" klubunda mühafizəçi işləyib, onunla Səbuhi Səfərov arasında əvvəl bir neçə dəfə mübahisə olub. Buna kluba gələn Səfərovun özünü pis aparması və Abdullayevin onu həmin obyektdən çölə çıxarması səbəb olub. Buna görə Səbuhi Zaurdan qisas almaq istəyib və ayın 18-də bir neçə yoldaşı ilə gecə həmin kluba gəlib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dava vaxtı istifadə edilmiş bıçaq Səbuhiyə məxsus olub, Səbuhi onun üzərinə hücum edəndə Zaur kəsici aləti onun əlindən alıb və mərhuma xəsarətlər yetirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Məhkəmənin hökmü ilə Zaur Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib, Tural və Rəşad Qubuşovlar isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.


Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -Gecə klubunda qətl törədən şəxslərə hökm oxundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler