» » Bıçaqlanan polislərlə bağlı rəsmi -

Bıçaqlanan polislərlə bağlı rəsmi - AÇIQLAMA

Bölmə: Kriminal, BLOK XƏBƏR
Bıçaqlanan polislərlə bağlı rəsmi - Dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Xalqinfo.az bildirir ki, bu barədə məlumatı aznews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov verib. Onun sözlərinə görə, cinayət törətmiş şəxslərin axtarışı davam edir:
“Hadisəni törədənlərin qanunvericilik qarşısında cavab verməsi istiqamətində tədbirlər həyata keçirilir. Bədən xəsarəti alan polis əməkdaşları isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normallaşması üçün həkimlər çalışır”.

Qeyd edək ki, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Məlumata görə, yol polislər 10 YP 442 və 10 YP 383 nömrəli avtomobillə xidmət aparan Nicat Bayramov və Yasin Umudov nömrə nişanı məlum olmayan “Nissan ” markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıblar. Onların biri belindən, digəri isə qolundan yaralanıblar. Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə yerlədirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler