» » Bayramı qana bulamaq istəyirdilər - Polis qarşısını aldı + Foto

Bayramı qana bulamaq istəyirdilər - Polis qarşısını aldı + Foto

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bayramı qana bulamaq istəyirdilər - Polis qarşısını aldı + Foto
PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG silahlı birləşməsi Novruz bayramı ərəfəsində Türkiyənin Adana şəhərində terror aktl törətmək istəyib.

Xalqinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Adana Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinə məlumat daxil olub. Həmin andan etibarən polislərin keçirdiyi əməliyyatlar nəticəsində bir həftə müddətində 47 nəfər saxlanılıb. 20 mart tarixində isə terror həyata keçirəcək qrupun Dağlıoğlu məhəlləsində kanal kənarında silah-sursatlarının olduğu məlum olub.

Həyata keçirilən əməliyyat nəticəsində 5 ədəd “Kalaşnikov” silahı, 88 daraq və onlara aid 32 mərmi,17 əl bombası aşkar edilib.

Polis hazırda sözügedən silahları Türkiyəyə gətirən şəxsləri axtarır.

Bayramı qana bulamaq istəyirdilər - Polis qarşısını aldı + Foto
Bayramı qana bulamaq istəyirdilər - Polis qarşısını aldı + Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler