» » Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər

Bölmə: Kriminal
 Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər









Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər. Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə "Giləzi Quşçuluq fabriki"ndə baş verib.



Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib.



Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin şəxslər sürücünü döydükdən sonra onu öz avtomobilinə bağlayaraq, təxminən 200 metr sürüyüblər.



63 yaşlı kişi ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler