» » Axtarışda olan biznesmen həbs edildi -

Axtarışda olan biznesmen həbs edildi - 100 minlik dələduzluqda təqsirləndirilir

Bölmə: Kriminal
Axtarışda olan biznesmen həbs edildi -




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rauf Sadıxovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, R. Sadıxov barəsində həbsli axtarış çıxarılıb. Ona görə də R. Sadıxov məhkəmə iclas zalında həbs olunub.

Məhkəmə baxışı fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, R. Sadıxov Moskvada bizneslə məşğul olub.

O, qohumunun şikayəti əsasında həbs edlib. R. Sadıxov tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler