» » Bakıda cibgir dəstəsi tutuldu –

Bakıda cibgir dəstəsi tutuldu – Video

Bölmə: Kriminal
Bakıda cibgir dəstəsi tutuldu – Bakının Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də, digər qiymətli əşyalarını oğurlayan iki nəfər zərərsizləşdirilib.

Xalqinfo.az ARB TV-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar - Səfər Əliyev və onun qohumu Sakit Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs ötən ilin dekabr və 2018-ci ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler