» » Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı“Beynəlxalq Bank”ın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkilləri cəzalandırılıb.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, noyabrın 22-də saat 18:00-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin toplantısı keçirilib.

Rəyasət Heyəti üzvlərinin qərarı ilə C. Hacıyevin vəkillərindən biri Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik müddətə dayandırılıb. Sabiq bankirin digər vəkili Aqil Layıcova isə töhmət verilib.

Onlar müvəkkillərinin müsahibəsini mətbuata çıxarmaqda ittiham ediliblər. Hər iki vəkil toplantıda iştirak etməyib.

Qeyd edək ki, C.Hacıyev mənimsəmədə təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler