» » Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

Bölmə: Kriminal
Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimova hökm oxunub.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler