» » Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər –

Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər – Foto

Bölmə: Kriminal
Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər –
39 yaşlı kriminal avtoritet Aleksey Salomatin kəllə-beyin travması ilə Rusiyanın Tula vilayətinin mərkəzi xəstəxanasına yerləşdirilib.

Xalqinfo.az-ın “Praym Kraym” nəşrinə istinadən xəbərinə görə, Salomatin “oğru” adından məhrum edilsə də, hələ də özünü “qanuni oğru” hesab edirdi. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan Salomatin sonda vəhşicəsinə döyülüb.

Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər –

Salomatin 2013-cü ildə Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifovla birgə “oğru” adı alıb. Salomatinin “xaç atası” 54 yaşlı “qanuni oğru” Vladimir Jurakovski (“Vova Puxlıy”) olub. O Quliyə ən yaxın slavyanlardan biri sayılır.

Nəşr iddia edir ki, Lotu Quli keçmiş SSRİ-nin ərazisində bir nömrəli kriminal avtoritet olmaq istəyir. Salomatinin döyülməsi də ilk növbədə Quliyə atılan çağırışdır.

“Praym Kraym” yazır ki, Lotu Quli artıq Rusiyada nüfuzunu genişləndirməyə başlayıb. O, hər gün İstanbulda villasında Rusiya regionlarından nümayəndələri qəbul edir. Quli onlarla toplantı keçirir, vəzifə və öhdəliklər verir.

Həmçinin qeyd olunur ki, Salomatin “qanuni oğru” adından 64 yaşlı “Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşov tərəfindən məhrum edilib. Kalaşov bu gün Rusiyanın kriminal aləminin lideri sayılır. Lakin Zaxariyanın 2016-cı ilin avqust ayında həbs edilməsi və onun yaşının çox olması ilə əlaqədar, 2018-ci ildə oğru dünyasında böyük dəyişikliklər gözlənilir. Qanuni oğruların yeni lideri kimi Lotu Quli göstərilir. “Şakro Molodoy” isə həbsxanadan bunun qarşısını almaq və hakimiyyəti əlində saxlamağa çalışır.

Xatırladaq ki, Rusiya hökuməti Lotu Quliyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. Axtarışda olduğu üçün Qulinin Rusiyaya qanuni səfəri mümkün deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler