» » Bakı metrosunda iki cibgir həbs olundu -

Bakı metrosunda iki cibgir həbs olundu - Foto

Bölmə: Kriminal
Bakı metrosunda iki cibgir həbs olundu -Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun “28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun “Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub.

Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Bakı metrosunda iki cibgir həbs olundu -
Bakı metrosunda iki cibgir həbs olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler