» » Bakıda 43 cinayət törədən 2 şəxs tutuldu -

Bakıda 43 cinayət törədən 2 şəxs tutuldu - Video

Bölmə: Kriminal
Bakıda 43 cinayət törədən 2 şəxs tutuldu -
Paytaxt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunda ayrı-ayrı vaxtlarda törədilən 43 cinayətin üstü açılıb. Avtomobillərə, obyektlərə, bir sözlə başqasının malına qənim kəsilənlər saxlanılıblar.

ARB TV xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşları avtomobillərdən birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarovu yaxalayıblar. Şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb.

Fuad Həsənov və Vaqif Allahyarovun bu ilin mart-noyabr ayları ərzində Suraxanı rayonu ərazisində 37 avtomobildən akkumulyator, güzgü, maqnitofon, pul, həmçinin 2 mağazadan, 2 kompyuter salonundan, çay evindən və həyətyanı sahədən pul, müxtəlif qurğular, ərzaq məhsulları, məişət əşyaları oğurladıqları müəyyən edilib. 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd oyun qurğusu maddi sübut kimi götürülüb.

Fuad Həsənov (saxlanılan şəxs): "Vaqiflə bir yerdə "Kamaz"ın 2 akkumulyatorunu götürüb 90 manata satdıq. Pulunu da xərclədik".

Vaqif Allahyarov (saxlanılan şəxs): "Playstation da oğurlamışıq. Oğurladıqlarımızı aparıb satmışıq".

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şəxslərin qanundan kənar digər əməllərdə iştirak edib-etmədiyi araşdırılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler