» » Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovulduSaatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.

Belə ki, dekabrın əvvəlində "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı.

Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub.

Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.

Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu
Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu
Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu
Xoşqədəmin açdığı cinayətə görə rəis işdən qovuldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler