» » “FHN polkovniki” pulları kimə verib?

“FHN polkovniki” pulları kimə verib?

Bölmə: Kriminal
“FHN polkovniki” pulları kimə verib?Bakı Apellyasiya Məhkəməsində özünü “FHN polkovniki” kimi təqdim edərək dələduzluq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi keçirilib.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən iş baxışa verilib.

Proses yanvarın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmədə ifadə verərək aldığı pulları təcridxanada özünü asaraq intihar edən MTN polkovniki İlqar Məmmədova verdiyini deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler