» » Arvadının başını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu -

Arvadının başını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu - Yenilənib

Bölmə: Kriminal
Arvadının başını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu -
Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istəyərkən saxlanılıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib.

Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda dəhşətli qətl törədilib.

Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğaznı kəsib. Qadın hadisə yerində ölüb.

Bıçaqla həyat yoldaşının başını kəsən R.Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler