» » Anjelikanın başına torba keçirib öldürən kimdir?

Anjelikanın başına torba keçirib öldürən kimdir?

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Anjelikanın başına torba keçirib öldürən kimdir?
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşu qadının başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun məhkəməsi keçirilib.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə N.Vəkilovun anası Xuraman Vəkilova ifadə verərək mərhum Anjelika Morozovanı Elşən adlı qonşunun öldürdüyünü deyib: “Biz Anjelika ilə eyni yataqxanada qalırdıq, o orda mühafizəçi işləyirdi. Hadisə günü məndən borc pul istədi, Namiqə 150 manat verib dedim ki, Anjelikaya aparıb versin. Axşam polislər gəlib Namiqi soruşdu, dedilər Anjelikanı boğub öldürüblər. Bizim yataqxanamız sökülürdü deyə sakinlərə pul vermişdilər. Qonşu Elşən də ondan 5 min borc alıb qaytarmamışdı, Anjelika da ondan şikayət etmişdi. Anjelikanı da pula görə Elşən öldürüb. Cinayəti boynuna alması üçün Namiqə 30 min təklif ediblər, imtina etdiyi üçün övladlarını və məni öldürəcəkləri ilə hədələyiblər. Sonra da onu Qazaxa qaçırıblar, Anjelikanın telefonunu da ona zorla veriblər”.

X.Vəliyeva bildirib ki, oğlu bundan öncə 2 dəfə məhkum olunub: “Əsgərlikdən qaçdığı üçün “dizbat” vermişdilər. Sonra da bir qızın ailəsi ilə problemi olduğu üçün 5 min manat cərimələndi”.

İşdə adı keçən Elşən ƏLəsgərov isə ifadə verərək hadisə günü Bakıda olmadığını deyib: “Dəmiryolunda fəhlə işləyirəm, həmin gün də Bakıda deyildim. Anjelika qonşumuz idi, onunla heç bir problemimiz yox idi. Mən heç vaxt ondna borc pul almamışam. Hadisədən sonra da əl izlərimi, telefonumun anten məlumatlarındna harda olduğumu yoxladılar və məni buraxdılar. Mən müharibə veteranıyam, alay komandiri olmuşam. Anjelikanın məndən polisə nəyə görə şikayət etməsini bilmirəm. Bunu yoldaşım sizə deyə bilər. Anjelika hardasa boş-boş danışırmış”.

Hakim bildirib ki, E. ƏLəsəgərov ziddiyyətli ifadə verdiyi üçün növbəti prosesdə təkrar dindiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler