» » Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

Bölmə: Kriminal
Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

“Xalqinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.

Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler