» » Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Bölmə: Kriminal
Rusiyada azərbaycanlı qardaşını güllələdi
Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler