» » 43 cinayətin üstü bir gündə açıldı

43 cinayətin üstü bir gündə açıldı

Bölmə: Kriminal
43 cinayətin üstü bir gündə açıldıSuraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 “Topaz” mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd “playstation” kompyuteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler