» » Ana ilə oğlunu maşın vurdu - Uşaq öldü

Ana ilə oğlunu maşın vurdu - Uşaq öldü

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Ana ilə oğlunu maşın vurdu - Uşaq öldüBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Xalqinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi qeydə alınıb.

Qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler