» » Məşhur rejissorun başını əzərək öldürdülər -

Məşhur rejissorun başını əzərək öldürdülər - Türkiyədə dəhşətli qətl

Bölmə: Kriminal
Məşhur rejissorun başını əzərək öldürdülər -
Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

Xalqinfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, 58 yaşlı rejissor Mustafa Kemal Uzun Şile səmtindəki evində ölü tapılıb. Bildirilir ki, rejissoru çəkdiyi serialda epizodik rolda iştirak edən şəxs öldürüb. O, Mustafanın başını əzərək öldürüb.

Qatil rejissorun başına beysbol dəyənəyi ilə zərbələr endirib sonra isə bıçaqlayıb. Polisə daxil olan məlumatdan sonra dərhal hadisə yerinə gedilib. Qapını sındırıb içəri girən polis qorxunc mənzərə ilə qarşılaşıb. Rejissorun mobil telefonu, pul kisəsi və həyətdəki avtomobili yoxa çıxmışdı.
Aparılan istintaqlardan sonra O.A. saxlanılıb. Onun üzərindən rejissorun mobil telefonu aşkar edilib.

Şübhəli şəxs bildirib ki, hadisə baş verən gün Mustafa ilə görüşüb. Söhbət edib, yemək yeyiblər. Sonra isə Uzunun evində spirtli içki qəbul ediblər. Söhbət əsnasında rejissorla aktyor arasında mübahisə düşüb. O.A. əsəbləşərək cinayətə əl atıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler