» » Heydər Əliyev Fondunun adından dələduzluq edənlər hakim qarşısında

Heydər Əliyev Fondunun adından dələduzluq edənlər hakim qarşısında

Bölmə: Kriminal
Heydər Əliyev Fondunun adından dələduzluq edənlər hakim qarşısındaBakı Apellyasiya Məhkəməsində özlərini Heydər Əliyev Fondunun əməkdaşı kimi təqdim edərək qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Fərzəliyev, Azad Fərzəliyev, Ceyhun Bədəlov və Rəşad Abbasovun apellyasiya məhkəməsi başlayıb.

Xalqinfo.az verdiyi xəbərə görə, 2016-cı ildə internet saytları vasitəsilə övladının müalicəsi ilə bağlı maddi yardım ayrılması üçün Heydər Əliyev Fonduna müraciət edən Fərhad Feyzullayevin mobil telefonuna zəng edərək, özünü guya Heydər Əliyev Fondunun işçisi kimi təqdim edib. O, F.Feyzullayevin müalicəsi ilə bağlı dövlət tərəfindən ona 1500 manat ayrıldığını yalandan bildirib. Daha sonra E.Fərzəliyev həmin şəxsi aldadaraq əvvəlcədən rüsum ödənilməsi adı ilə 152 manat pulu poçt vasitəsilə tanışı İsmayıl İsmayılovun hesabına göndərtdirib.

Bundan başqa, E.Fərzəliyev və digərləri eyni əməllə I qrup əlil Rasim Şahməmmədovun 320 manat pulunu, Mahirə Mustafayevanın 160 manat pulununu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərzəliyev 8 il, C.Bədəlov 5 il, R.Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib. A.Fərzəliyevin barəsində isə 2000 manat məbləğində cərimə cəzası kəsilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onların şikayəti üzrə məhkəmə prosesinə hakim Qədim Babayevin sədrlik edir. İlkin baxış iclasına təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin prosesi dekabrın 18-də davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler