» » Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib

Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib
Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, 2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib
Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib
Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Foto + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler