» » Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib

Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib

Bölmə: Kriminal
Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilibMoskvanın İzmaylovo məhkəməsi Azərbaycan əsilli iş adamı Don Rafailovu 6 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bir neçə ay davam edən istintaq araşdırmalarının nəticələrinə görə, biznesmen cinayətkar qruplaşmanın təşkili, qanunsuz miqrasiyanın təşkili və ticarət nişanlarından qanunsuz istifadə maddələri üzrə təqsirkar bilinib.

Qeyd edək ki, sahibkar, təqribən, 1500 qanunsuz miqrantın sənaye miqyasında "Bosco Sport", "Adidas" və "Chanel" markaları altında saxta məhsullar buraxdığı gizli istehsalın təşkilində ittiham edilib. D.Rafailov məhkəmə ünvanına yönələn ittihamların heç birini qəbul etməyib.

İstintaq nəticəsində müəyyən olunub ki, D.Rafailovdan başqa, mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə "İzmaylovo" ictimai istehlak fondunun baş direktorunun müavini Ancarini Basam, eləcə də suriyalı, iraqlı və vyetnamlı şəxslər daxil olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler