» » Mixail Saakaşviliyə üç maddə ilə cinayət işi qaldırılıb

Mixail Saakaşviliyə üç maddə ilə cinayət işi qaldırılıb

Bölmə: Kriminal
Mixail Saakaşviliyə üç maddə ilə cinayət işi qaldırılıbYeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşviliyə Ukraynada Cinayət Məcəlləsinin üç maddəsi ilə iş qaldırılıb. Xalqinfo.az-ın məlumatına görə, bu, dekabrın 6-da açıqlanıb. Saakaşvili axtarışa verilib. Yeni Qüvvələr Hərəkatının liderinə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verilib.

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq əməkdaşlarının dekabrın 5-i paytaxt Kiyevdə tutduğu Saakaşvilini hüquq mühafizə orqanlarına aparmaq mümkün olmayıb. Tərəfdarları onu aparıldığı avtomobildən çıxarıb azad ediblər. Saakaşvili yaşadığı evdə tutulmuşdu.

1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler