» » Doğuşda ölümə görə

Doğuşda ölümə görə CİNAYƏT

Bölmə: Kriminal
Doğuşda ölümə görə Ananın doğuşdan sonra vəfat etməsilə əlaqədar cinayət işi başlanıb.

Xalqinfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən anspress-ə vrilən məlumata görə, noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Zərnişan Dəmir qızı Aslanovanın Quba rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler