» » Bacısının başını kəsən sədrin qızı ilə bağlı -

Bacısının başını kəsən sədrin qızı ilə bağlı - Qərar dəyişdi

Bölmə: Kriminal, BLOK XƏBƏR
Bacısının başını kəsən sədrin qızı ilə bağlı -Bakı Apellyasiya Məhkəməsində bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın evdə müalicə olunması barədə qərardan prokurorluğun verdiyi protest üzrə qərar verilib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, 2014-cü ilin oktyabrında 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva bacısı, 1993-cü il təvəllüdlü Güneli 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Onun ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Prokurorluq bu qərardan apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılıb. Baş Prokurorluğun protesti təmin edilib və rayon məhkəməsinin qərarı ləğv edilib. P.Nuriyeva müalicə edilməsi üçün xəstəxanaya qaytarılıb.

Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler