» » Rusiyada azərbaycanlı kişi öldürüldü

Rusiyada azərbaycanlı kişi öldürüldü

Bölmə: Kriminal
Rusiyada azərbaycanlı kişi öldürüldü
Rusiyada azərbaycanlı kişi öldürülüb.

Xalqinfo.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Verilən məlumata görə, hadisə Naro-Fominsk şəhərində qeydə alınıb.

Bildirilib ki, naməlum şəxs “Porsch” markalı avtomobil ilə yaralı birini xəstəxanaya aparıb. Lakin həkimlər onun artıq öldüyünü müəyyən ediblər. İlk olaraq həmin şəxsin yol qəzası nəticəsində xəsarət aldığını güman etsələr də, sonradan bədənində çoxsaylı bıçaq yaraları müəyyən olub. Yaralını xəstəxanaya aparan şəxs isə oradan uzaqlaşıb.

Araşdırmalar zamanı ölən şəxsin Kalujski vilayətində yaşayan 36 yaşlı X.Nərimanov olduğu müəyyən olub. Onu xəstəxanaya aparan şəxsin axtarışlarına başlanılıb. İlkin axtarış zamanı yaralını xəstəxanaya aparan “Porsch” markalı avtomobil kafelərin birinin qarşısında tapılıb. Lakin onun sürücüsü barədə hələlik heç bir məlumat yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler