» » Baş Prokurorluq bu hökmlə razılaşmadı

Baş Prokurorluq bu hökmlə razılaşmadı

Bölmə: Kriminal
Baş Prokurorluq bu hökmlə razılaşmadı
Bacısının başını kəsərək öldürən qızla bağlı məhkəmə qərarından Baş Prokurorluq narazı qalıb.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, 2014-cü ilin oktyabrında 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva bacısı, 1993-cü il təvəllüdlü Güneli 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Onun ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Prokurorluq bu qərardan apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.

Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler