» » Telman İsmayılov barədə həbs qərarı verildi

Telman İsmayılov barədə həbs qərarı verildi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Telman İsmayılov barədə həbs qərarı verildi
Moskvanın Basman rayon məhkəməsi Çerkizov bazarının keçmiş azərbaycanlı sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.

“Xalqinfo” xəbər verir ki, bu haqda İnterfaks Agentliyinə onun vəkili Marina Rusakova məlumat verib.

O, qeyd edib ki, İsmayılov 2 qətlin təşkilində təqsirləndirilir:

“Onun həbsi haqda qanunsuz qərar 30 oktyabrda qəbul edilib. Bu qərar haqda artıq Moskva şəhər məhkəməsinə şikayət verilib. 15 noyabrda apelyasiya məsələsinə baxılacaq”.

T.İsmayılov beynəlxalq axtarışa verilib. İttihama görə, onun hətta qanunsuz silah dövriyyəsində də əli var.

Vəkilin sözlərinə görə, İsmayılov özü sözügedən heç bir cinayətdə özünü təqsirli hesab etmir.

Rusakova bildirib ki, ilkin ehtimala görə, söhbət 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlindən gedir.

Bu qətllə bağlı daha öncə Telman İsmayılovun qardaşı Rafiq, eyni zamanda digər şübhəli Mehman Kərimov da həbs ediliblər: “Kərimov istintaqla danışığa gedib və Telman İsmayılova şər atır”.

Vəkil əlavə edib ki, nə o, nə də İsmayılov məhkəməyə dəvət edilməyiblər, ittiham haqda xəbərləri belə olmayıb: “Telman heç vaxt gizlənməyib. Onu heç kim, heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler