» » Müəllimlərə 1 milyon “atan” qadının məhkəməsi başladı

Müəllimlərə 1 milyon “atan” qadının məhkəməsi başladı

Bölmə: Kriminal
Müəllimlərə 1 milyon “atan” qadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfərə 1 milyon pul “atmaqda” təqsirləndirilən Vəfa Osmanlının məhkəməsi başlayıb.

Xalqinfo.az -ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ali təhsilli və subay olan V.Osmanlı 1971-ci ildə İmişli rayonunda anadan olub. O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq dövründə V.Osmanlı həbs edilməyib.

Proses noyabrın 17-də davam etdiriləcək.

V.Osmanlı Azərbaycan İqtisad Universitetində tutor işləyib, zərərəçəkənlərin əksəriyyəti də müəllimdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler