» » Toy məclisində müğənni bıçaqlandı -

Toy məclisində müğənni bıçaqlandı - Video

Bölmə: Kriminal
Toy məclisində müğənni bıçaqlandı -
Paytaxtda toy məclisində dava zamanı müğənni bıçaqlanıb.

Xalqinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində qeydə alınıb. Məlumata görə, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler