» » Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama - Rəsmi + Yenilənib

Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama - Rəsmi + Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama - Rəsmi + Yenilənib
Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib.

Xalqinfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

E.Sultanov bildirib ki, məsələ ilə bağlı əlavə rəsmi məlumat açıqlanacaq.

***

16:47

Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətiimkan tədbiri seçilib.

Xalqinfo.az xəbər verir ki, yenicag.az saytı məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edib.

Məhkəmənin baş məsləhətçisi Elnur Əzizov məlumatı təkzib edib. Onun sözlərinə görə, Fədayə Laçınla bağlı hər hansısa bir işə baxılmayıb, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmədə yalnız istintaq orqanlarının müraciəti əsasında işə baxıla bilər. Bizə isə belə bir müraciət yoxdur”.

Qeyd edək ki, müğənninin bacısı İlahə Fəda da sayta açıqlamasında məlumatı təkzib edərək, Fədayənin Xaçmazda olduğunu bildirib.

***

16:38

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Xalqinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Fədayə Laçın 304.2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

***

16:08

Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb.

Xalqinfo.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənninin bacısı və həmkarı İlahə Fəda məlumatı təkzib edib.

“Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, müğənninin həbs xəbərini APA yayıb.

***

15.26

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.

Xalqinfo az-ın APA-ya istinadla məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler