» » Biləcəridə qaçan avtoritetlərdən biri ələ keçdi - Xüsusi əməliyyat

Biləcəridə qaçan avtoritetlərdən biri ələ keçdi - Xüsusi əməliyyat

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Biləcəridə qaçan avtoritetlərdən biri ələ keçdi - Xüsusi əməliyyat
Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilərkən qaçan məhbuslardan biri tutulub.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, oktyabrın 26-da Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-dəBakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler